<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>273</hymn_number>
<title>Mənim doğma evim Göylərdədir İL273</title>
<lyrics>[V1]
 Mənim doğma evim Göylərdədir,
 Mənim sevən Atam Göylərdədir.
 Mən yerdə qəribəm, mən yerdə gəlməyəm,
 Mənim doğma yurdum Göylərdədir.

[V2]
 Burada hər tərəf kədərdədir,
 Mənim isə yolum Göylərədir.
 Bu yol çətin olsa da, uzun deyil,
 Mənim doğma evim Göylərdədir.

[V3]
 Bir gün hər şey yuxu tək keçəcək,
 Qəriblikdəki yolum bitəcək,
 Rəbbim məni yanına götürəcək ,
 Məni öz evimə köçürəcək.

[V4]
 Harda ki, Məsihin xalqı sakindir,
 O Müqəddəs məkan mənim evimdir.
 O yer ruhumu daim özünə çəkir,
 Çünki mənim evim Göylərdədir.

[B1]
   Burada əzablı olsa da həyat,
   Bilirik evimiz Göylərdədir.
   Gəlin deyinməyək, gileylənməyək,
   İsanın Göylərdən gəlişini gözləyək.
   Bu yerdə yaşayarkən O da əzab çəkmişdir,
   Sonradan Ata Ona ən üstün ad vermişdir.
   Rəbb gecikməyəcək, O tez gələcək,
   Göylərdə başımızı çələnglə bəzəyəcək.
   İnan, əziz qardaş və əziz bacı,
   Əbədi evimiz o Göylərdədir.

[V5]
 Orada daim şadlıq edəcəm,
 Allaha əbədi izzət verəcəm.
 Müqəddəs xalq ilə nəğmələr oxuyub,
 İzzətli Rəbbimi mədh edəcəm.</lyrics>
</song>